IV.2.3.2.6.1. Psixotron silahlar — КиберПедия 

Археология об основании Рима: Новые раскопки проясняют и такой острый дискуссионный вопрос, как дата самого возникновения Рима...

Семя – орган полового размножения и расселения растений: наружи у семян имеется плотный покров – кожура...

IV.2.3.2.6.1. Psixotron silahlar

2017-12-12 260
IV.2.3.2.6.1. Psixotron silahlar 0.00 из 5.00 0 оценок
Заказать работу

«Psixotron silahlar» adı altında müasir elmdə psixikanı idarə etməyə imkan verən texniki qurğular nəzərdə tutulur. Müasir elmdə insanın düşüncə aparatının mexanizmini izah etməyə cəhd edən bir neçə nəzəriyyə mövcuddur ki, onlardan biofiziki, biokimyəvi və soliton nəzəriyyələri xüsusilə aktualdır. Bunlardan birincisində – insanın fikir əməliyyatları beyində baş verən müxtəlif elektrik, maqnit və ya elektromaqnit hadisələri ilə, ikincisində – kimyəvi proseslərlə əlaqələndirilir, sonuncu isə – bunun sinirlərdə yayılan xüsusi tənha dalğalar (solitonlar) vasitəsilə baş verən hal olduğunu izah etməyə cəhd göstərir. Deyilən məsələ ilə bağlı konkret nəticələrin əldə edilməsi, telepatiyanın mexanizmini açıqlayar, digər tərəflərdənsə, lazımi fikirləri insanların beyninə xüsusi dalğalar, sahələr, kimyəvi preparatlar vasitəsilə yeritməyə imkan verərdi. Hələliksə, qətiyyətlə demək mümkündür ki, bu sahədə heç bir əsaslı irəliləyiş mövcud deyil – əgər hipnoz mexanizmi ilə beyinə lazımi komandaları, ideyaları və s. yeritmək imkanı verən bir sıra texniki metodlar (məs., aşağıda [burada, səh. 69] izah ediləcək «25-ci kadr effekti» hadisəsidir ki, onun barədə burada «Hərbi (fiziki) təzyiq» bölümünün «Psixotron silahlar» hissəsində [bax: burada, səh. 69] ətraflı danışılacaq. Bu halda obyektin aktiv diqqəti söhbətlə yox, hansısa bir filmin süjeti ilə məşğul edilir və lazımi komanda bu filmin lentinin hər 25 kadrından birində yerləşdirilir. Nəticədə, filmin qayəsi, fabulası ilə aludə olan şüur, bu aniliyə köklənə bilməsə də, iyirmibeşdəbir saniyə müddətində görünüb yox olan bu kadrdan gələn siqnallar faktik olaraq göz analizatorlarına düşüb, onu ani də olsa qıcıqlandırdığından, yuxarıda deyilən mexanizm fəaliyyət göstərməyə başlayır.) nəzərə alınmazsa.

əvəzində isə, differensial formada emosiya və intellektin müxtəlif funksiyalarını aktivləşdirib-passivləşdirməyə imkan verən bir sıra nəticələr əldə edilib ki, bunların da əsasında müasir psixotron silahlar yaradılıb:

IV.2.3.2.6.1. 1) Xüsusi tezlik generatorları: Müəyyən edilib ki, beyin bioritmlərinə (2-10 Hers) və ya geomaqnit döyüntülər diapazonuna (0,01-20 Hers) yaxın tezliklərdə olan elektrik və maqnit sahələri əlahiddə bioloji təsir effektlidir. Məs., 0, 5 V/t və 2-8 Hers tezlikli elektromaqnit sahəsi – ürək yığılmalarının tezliyini azaldır, qanın forma elementlərinin aktivliyini aşağı salır; 8 Hers tezlikli maqnit sahəsi – canlıların fermentlərinə passivləşdirici təsir göstərir; Maqnit vibrasiyalarının (döyüntülərinin) H£1E diapazonu – neyroendokrin sistemini pozur, baş beyin yarımkürələrinin neyronlarının funksional vəziyyətini dəyişir və s.; 1000 nonotesl amplitudalı və 5 – 7 mm. uzunluqlu elektromaqnit dalğaları – insanda idarəolunmaz dərəcədə böyük vahimə, dəhşət, qorxu hissi törədir.

Bundan əlavə, akustik dalğaların da müxtəlif spektrləri analoji təsir effektlidir. Məs., 9 Hers tezlikli infrasəs də, indicə deyilən 5-7 mm. uzunluqlu elektromaqnit dalğaları kimi, insanda ifrat böyük dərəcədə idarəolunmaz vahimə, dəhşət, qorxu hissi törədir. Sınaq məqsədilə, ilk dəfə klubların birində «dəhşət» filminin qorxulu səhnələrinin effektini artırmaq üçün bu tezlikli akustik dalğalardan istifadə edilib ki, o da, bütün tamaşaçıların idarəolunmaz vahimə içərisində hardan gəldi özünü klubdan bayıra atması ilə nəticələnib.

«Xüsusi tezlik generatorları»nın əsasında da, məhz bu elementlər dayanır. əsasında bu tezlikləri induksiya etdirən xüsusi vibratorun və ya tranzistorların dayandığı qurğuları böyük bir ordunun üstünə məsafədən cəmisi bir neçə dəqiqəlik tuşlamaq, böyük bir qoşunu bu xarakterli dalğalarla cəmisi bir neçə dəqiqəlik şüalandırmaq kifayətdir ki, hamısı bir anda əllərində nə var tullayıb, vahimə içərisində hara gəldi qaçsın;

IV.2.3.2.6.1. 2)Xüsusi sahə generatorları: İnsanı əhatə edən ətraf fiziki dünyanın təsirlərinin yalnız konkret diapazon hüdudu, yəni mövcudluğu müddətində adaptasiya olub, şərti mənada «normal» adlandırıla biləcək bugünkü mötədil həddi insan üçün zərərsiz və təhlükəsizdir. Bundan bütün kənaraçıxılma halları, patologiya kimi, hətta insanın ölümünə də gətirib çıxara bilir. Bu sahələrin ifrat dozaları bir tərəfdən, fiziki effekt törədir, o cümlədən, havanı ionlaşdıraraq atmosferin kimyəvi tərkibini dəyişir, digər tərəfdən, psixi effekt törədərək insanda müvəqqəti və ya əbədi sinir iflici yaradır. Hərbi məqsədlər üçün onların məhz bu spektrləri xüsusi maraq doğurur və müvafiq laboratoriyalarda araşdırılır.

Müəyyən edilib ki, xüsusi tuşlanmış ifrat güclü elektrik və maqnit sahələri, insanda yuxarıdakı hala bənzər ifrat güclü qorxu, vahimə, vəhşət hissi törədir. Yaxud müəyyən edilib ki, elektromaqnit və akustik sahələrin ifrat böyük gərginlikli həddi (ultraqısa dalğalar diapazonu), bioloji təsir effektlidir və canlıların uzun müddət bu təsirlərə məruz qalması, onların anomaliyalı ölümlərinə gətirib çıxara bilir. Nümunə üçün, məs., təqribən bu diapazona yaxın tezliklərdə işləyən mobil telefonların və radiotelefonların orqanizmə ziyanı barədə yəqin ki, hamı eşidib. Haşiyə kimi qeyd edək ki, ziyanlılığı barədə hamının yaxşı bildiyi rentgen şüaları və radioaktiv şüalar (radioaktivliyin daşıyıcılarından biri olan qamma-şüalar) məhz elektromaqnit dalğalarının ən son tezlik həddindən ibarət olan spektrlərindəndir. Həmçinin, akustik dalğaların (səsin) 6000 hers üçün 0,1Vt/m.-10Vt/m. diapazonundan kənar amplitudalarının ağrı və hətta iztirablı ölüm törətdiyi də məlumdur;

IV.2.3.2.6.1. 3)Psixogen təsir generatorları: Yuxarıda insanın adaptasiya olduğu diapazon hüdudundan kənarda yerləşən təsir spektrlərinin insana ziyanları barədə danışıldı. İnsanın qəbul edə bildiyi diapazon çərçivəsindəki siqnalların müxtəlif çalarları isə fərqli psixi effektlər törədib, insanda ayrı-ayrı emosional hallar induksiya etdirmək qabiliyyətinə malikdir. Məs., isti rənglər (qırmızı, narıncı və sarı) – insana oyandırıcı təsir göstərib, onun tənəffüs və nəbzini tezləşdirir, dərinləşdirir, arterial təzyiqini yüksəldir, onda narahatçılıq və həyəcan hissləri doğurur. əksinə, soyuq rənglər (yaşıl, mavi, göy və bənövşəyi) – bunlara tam zidd nəticələr verib, sentimental və komfort əhval-ruhiyyə doğurur. Yaxud məs., limonun, lavandanın, çobanyastığının və səndəl ağacının ətri – beyinin aktivliyini istənilən depressantdan daha tez zəiflədir, əksinə, qızılgülün, jasminin, nanənin, mixəyin ətri – beyində boz maddənin (hansının ki, miqdarı ilə intellekt əmsalı birbaşa əlaqədardır) hüceyrələrinə kofedən daha güclü oyandırıcı təsir göstərir.

Eyni qayda ilə digər qalan bütün hiss kanalları vasitəsilə ətraf dünyadan aldığı siqnalların fərqli spektrləri də, insana fərqli psixi təsir göstərir ( bax: həmçinin, burada, səh. 65 ). Bütün bunlarsa, aşağıdakı məsələlər üçün xüsusi əhəmiyyət kəsb edir: əvvəla – müvafiq emosional fon insana hər hansı bir qərarı qəbul etdirə bilmək üçün əlahiddə rol oynayır (məs., hamı yaxşı bilir ki, rəisin yanına onun əhval-ruhiyyəsinin xoş olduğu vaxtda girərkən, nəyəsə onun razılığın almaq ehtimalı daha böyük olur, nəinki pis olduğu vaxta); İkincisi – insanın ətraf aləmə və insanlara münasibəti onun daxili durumu ilə birbaşa əlaqədardır. Belə ki, şən vaxtında ünsiyyətə meyl edib, ətraf insanlarda yalnız yaxşı cəhətləri sezdiyi halda, kədərli vaxtında, ruh düşkünlüyü zamanı isə, əksinə, insan hamını və hər şeyi yalnız qara rəngə görür, o cümlədən, özünə və öz qüvvəsinə inamı azalır və perspektivi barədə bədbin fikirlərə düşür; Üçüncüsü – mənfi və müsbət əhval-ruhiyyə insanın zehni və praktik fəallıq dərəcəsi üçün əlahiddə idarəedici rola malikdir. Belə ki, şən halında insan enerji ilə alışıb yandığı halda, depressiya vəziyyətində maksimum passivləşir və cüzi belə fəaliyyətdən dərhal yorulur; Və nəhayət, sonuncusu – bu təsirlər lazımi şəxsə və ya kütləyə nəyisə təlqin edən zaman onları hipnozabənzər bir vəziyyətə gətirməkdə transgen vasitə kimi əhəmiyyət kəsb edir. Psixogen təsir generatorlarından məqsəd, məhz zəruri anda bu tipli atmosfer formalaşdırmaqdır;

IV.2.3.2.6.1. 4)Holoqrafik illüziya generatorları: Holoqrafiyanın nailiyyətlərinə əsaslanan bu cihazlar optik maxinasiyalar vasitəsi ilə müxtəlif illüziyalar formalaşdırmaq məqsədinə xidmət edir.

n Körfəz müharibəsində holoqrafiyanın imkanlarından geniş istifadə olunması barədə məlumat verilir. Belə ki, bir çox ərazilərdə qüvvələrin sayını süni şəkildə çox göstərmək məqsədilə, həqiqi qoşunların yaxınlığında (özü də nisbətən təhlükəli ərazilərdə) holoqrafiya vasitəsilə süni texnika, qoşun obrazı yaradılırmış ki, bu da hər şeyi müşahidə vasitəsi ilə izləyən iraqlılarda lazımi xof, psixoloji dezoriyentasiya yaratmaq işində əhəmiyyətli rol oynaya bilirmiş.

n Nümunə üçün, məs., ekstern situasiyalardan birində, yəni müttəfiqlərin quru qoşunlarının ifrat zəif olduğu, əlavə qüvvə gətirilməsinə isə müəyyən vaxt tələb olunduğu mövqelərdən birində, NATO tərəfi məhz holoqrafik cihazlarla köməyə gələn böyük bir texnika, qoşun obrazı yaratmaqla, oraya qəfil hücuma keçmiş iraqlıların psixoloji durumunu zəiflətməyə və lazımi kömək çatdırılana qədər döyüşün intensivliyini tormozlamağa nail olması barədə informasiyalar verilir.

n Yaxud bir başqa halda, aktiv döyüşlərdən birində, İrak mücahidlərinin müqavimətini qırmaq üçün Yer səthindən bir neçə km. yüksəklikdə onların başı üzərində lazer holoqrafları vasitəsilə Həzrət əlinin obrazı yaradılıbmış ki, fanatik və ifrat dindar ruhlu iraqlılar da bunu, Həzrət əlinin kafərlərlə mübarizədə onlara köməyə yetişməsi kimi qəbul edib, yerə qapanaraq duaya başlayırlar. Sonra bu «müqəddəs» müxtəlif jestlərlə müsəlmanlara öz dəstəyini ifadə edərək, onlara ardınca gəlməyi işarə edir. Nəticədə, demək olar ki, şüursuz vəziyyətdə (şok vəziyyətində) olan böyük bir qoşun, ruhlanaraq bir zombi kimi onun ardınca gedib, döyüşsüz-filansız müttəfiq qoşunlarının mühasirəsinə düşür.

n Sülhməramlı məqsədlərlə də bu effektlərdən geniş istifadə olunur. Məs., Hollivud kinofilmlərindəki vizual effektlərin (məs., fantastik obrazların) bir çoxu kompüter üsulundan savayı, həm də holoqrafik üsullarla yaradılır. Yaxud, məsələn, Rusiyada 1991-ci ilin yazında və 1993-cü ilin payızında bundan seçkiqabağı kompaniyada reklam məqsədilə istifadə olunub. Və ya V.Vıqotskinin xatirə günündə Vahaq məzarıstanlığının üzərindəki buludlarda həmin üsulla – gitara obrazı, 1988-ci ildə müqəddəs üçlük (Troitsa, Üç Üqnum) günündə Moskvanın Krasnopresnensk parkının üzərində – Müqəddəs Məryəmin obrazı yaradılıb və s.

Bütün hallarda burada əsas alət lazer lifləridir ki, müvafiq obrazlar, məhz onların vasitəsi ilə atmosferin şüanı inikas etdirən üst qatında «toxunur», «cızılır», yaradılır;

IV.2.3.2.6.1. 5) Texniki viruslar: Kompüter monitorları və ya adi televiziya ekranları vasitəsilə beyinə lazımi fikri (lozunqu, ideyanı, komandanı, baxışı, kodu və s.) yeritməyə imkan verən virus növləridir. Başlıca nümayəndələri aşağıdakılardır:

a ) ‘‘25-ci kadr’’ virusu: Bugünkü gündə bu məqsədli cəmi vasitələr içərisində elmə məlum olan hələlik yeganə və ən güclü təsir üsuludur (hətta bir neçə min ildən bəri insanlığa məlum olan hipnoz da, effektliliyinə görə ondan geri qalır).

Təsirin mexanizmi insan beyninin unikal bir xüsusiyyəti ilə əlaqədardır. Belə ki, kinomotoqrafiyanın yarandığı ilk gündən insanın yalnız 25 kadr/san. sürəti ilə verilən kino lentlərini normal qavrayıb, digər sürətləri ekranda zolaqlar axını şəklində müşahidə etdiyi məlum olub (Bugünkü gündə bu sürətin fərqli canlılar üçün bir-birindən fərqləndiyi müəyyənləşdirilib, məs., arılar üçün bu sürət saniyədə 300, tarakanlar üçünsə – 12 kadra bərabərdir).

İyirminci əsrin ikinci yarısında psixoloqlar bu 25 kadr arasına, nə isə filmə heç bir aidiyyatı olmayan müstəqil bir kadr yerləşdirməyi qərara aldılar və nəticəsi heyrətamiz oldu: Filmə baxanlar bütün filmi yaddan çıxarsalar da, bu bir kadrı beyinlərindən heç cür silə bilmirlər, özü də, nəinki silə bilmirlər, hətta özlərindən asılı olmadan istər-istəməz onun məzmunundakı komandanı icra etmək üçün özlərini ölümə belə atırlar. Effektin mexanizmi barədə «Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli» bölümündə (burada, səh. 69) ətraflı şərh verildiyindən, burada, müxtəsər olaraq onu qeyd edək ki, iyirmibeşdəbir saniyə müddətində görünüb yox olan bu kadr, ifrat qısamüddətliliyi səbəbindən diqqəti cəlb edə bilməyib, filmin süjetinin təhlili ilə məşğul olan şüurun reaksiyasını doğura bilməsə də (çünki «diqqəti» filmin süjeti ilə məşğul olan şüurun bu aralıq informasiyanı dərk etmək üçün ona köklənməyə praktik olaraq macalı olmur), əslində ondan gələn siqnallar hiss reseptorlarına, göz analizatorlarına düşüb onları cüzi də olsa qıcıqlandırdığından, həmin bu mikroproseslər izsiz də itib getmir və periferik sinir impulsları şəklində şüur senzorunu dəf edərək birbaşa təhtəlşüur sferasına düşür (Özlüyündə bu impulslar ani şüur gərginliyinin nəticəsi olduğundan, nisbətən daha böyük amplitudaya malik olmuş olur və faktik olaraq, informasiya solitonu məzmunu kəsb edir). «25-ci kadr effekti» metodunda əsas informasiya arasına bu cür əlavə siqnallar dövri olaraq yerləşdirildiyindən, ümumilikdə bütün bunlar beyinə soliton rezonansları şəklində periferik informasiya axınını təmin etmiş olur. Məlum olduğu kimi isə təhtəlşüur ona daxil olan istənilən informasiyanı ağına-bozuna baxmadan icra etmək üçün müvafiq orqanlara göndərir, çünki beyinin mexanizmi elə qurulub ki, təhtəlşüura adi vaxta yalnız şüurun analiz edib, ‘‘müsbət rəy’’ verdiyi informasiyalar düşə bilir. Həmin bu «25-ci kadr» isə burada bir növ nəzərdə tutulmayan ‘‘dal qapı’’ və ya ‘‘əlyeri’’dir (Adətən izahsız olan bu effektin verilən izahı bizə məxsusdur).

Metod ilk dəfə ABŞ-da klublardan birində film nümayişi zamanı sınaqdan keçirilib. Burada filmin lentinə, deyildiyi qayda ilə «Koka-kola için!» əmri yerləşdirilir. Film qurtaranda isə aşkar olur ki, klubun həyətindəki köşklərdə bütün digər içkilər satılmamış qaldığı halda bir dənə də olsun koka-kola qalmayıb.

Bugünkü gündə metoddan müxtəlif videofilmlər, peyk translyasiyaları və s. xətti ilə insanların beyninə lazımi ideologiyaları, baxışları, stimulları, motivləri və s. yerləşdirmək üçün geniş istifadə edilir.

Hazırda metodun səs üçün də xüsusi modifikasiyası işlənib-hazırlanıb, yəni lazımi kodlar müvafiq auditoriyanın beyninə, onların özünün xəbəri olmadan, müxtəlif radiostansiyaları dinlədiyi məqamda da yeridilə bilir.

Sülhməramlı məqsədlər üçün bu metoddan hazırda sürətli xarici dil öyrənmə metodu kimi aktiv istifadə olunur. Qeyd edək ki, adi hipnozda olduğu kimi bu metodun da bədəl-hipnoz (posthipnoz) deyilən xüsusi mürəkkəb variantı mövcuddur ki, bu halda təlqin bir növ xüsusi kodlar vasitəsi ilə həyata keçirilir. Bunun üçün individ və ya kütləyə hər hansı bir fikir təlqin edildikdən sonra bu onun beynində xüsusi «parolla» blokirovkalandırılır. Belə ki, onun beyninə hər hansı daha bir işarə təlqin edilir ki, sonradan təlqin obyekti olan fərd və ya kütlə əsas təlqin materialını yalnız bu işarə – kodla rastlaşdıqdan sonra xatırlayır (bu material onun beynində ondan sonra aktivləşir) və özündən asılı olmayaraq icrasına başlayır. Bunun geniş yayılmış variantı vaxtdan parol vasitəsi kimi istifadə etməkdir. Belə ki, bu halda obyektə təlqin edilir ki, tapşırığı filan müddət sonra və ya ümumiyyətcə, filan vaxt icra et. Təlqin olunan vaxt çatdıqda assosiativ olaraq təlqin materialı aktivləşir. Bunun əvəzində hər hansı bir hadisədən, şəkildən, rəqəmdən və s.-dən istifadə taktikası da geniş yayılmış metodlardandır ki, bu zaman zəruri komanda bunlarla blokirovkalandırılır. Komanda yalnız obyektin həmin bu hadisə, şəkil, rəqəm və s.-lə rastlaşmasından və ya qəsdən rastlaşdırılmasından sonra aktivləşir (əlavə olaraq bax: burada, səh. 65–68);

b) ‘‘ V- 666’’ virusu: Beyinin fəaliyyətini kəskin keçidlərlə (sıçrayışlarla) passivləşdirib, aktivləşdirən, bununla da beyin damarlarında spazma yaradaraq ölüm törədən kompüter virusudur. Son 10 il ərzində Rusiyada minlərlə adamın bu virusdan öldüyü qeydə alınıb. Virusun, ələlxüsus rusdilli proqramlarda, özü də əsasən siyasət, hərb və iqtisadiyyatın idarəçiliyinin ali orqanlarında istifadə olunan proqramlarda aşkarlandığı qeyd edilir («666»-nın İblis rəqəmi olduğunu, yəqin, oxucu bilməmiş deyil);

c) ‘‘Pokemon’’ virusu: Qırmızı işığın saniyədə 10-3030 tezlikli titrəyişləri də beyin damarlarının spazmasını törədib, huşun itməsi və boğulma kimi nəticələrə gətirib çıxardığı müəyyənləşdirilib. əsasında bu prinsipin dayandığı bu virus da, yuxarıdakı hər iki virus kimi, istər kompüter və istərsə də adi televiziya ekranları vasitəsilə yayımlana bilir. Məs., 01.12.199 tarixdə qəfildən eyni gündə Yaponiyanın xəstəxanalarına epileptik tutmalarla 700-dən çox uşaq daxil oldu ki, sonradan bu uşaqların hamısının həmin gün televiziyada «Pokemon» (‘‘Cib ifriti’’) adlı cizgi filminə (multfilmə) baxdıqları müəyyənləşdirildi. Sən demə, multfilmin lentində məhz deyilən bu virus var imiş;

d ) Bu qəbildən olan sair növ viruslar: Deyilənlər, ələlxüsus vizual kanallarla beyinə ötürülən texniki virus növləri idi. Bundan əlavə, insanın digər hissiyyat orqanları vasitəsilə, o cümlədən, eşitmə, iybilmə, dadbilmə, lamisə, eləcə də, istiliyi, elektrik və maqnit sahələrini, qravitasiyanı (təcili) və s. hiss edən kanallarla da, ətraf dünyadan aldığı siqnalların bu xarakterli kombinasiyasını tapmaq üzərində xüsusi tədqiqatlar gedir ki, onlar psixika üçün virus xarakteri kəsb edib, onu idarə etməyə və ya məhv etməyə imkan verməlidir. Daktil kanal (lamisə) üçün aqupunktura (iynəbatırma) və nöqtə masajının bu kateqoriyadan olan xüsusi variantları artıq tapılıb (yəni bu prinsiplə konkret meridianlar üzrə orqanizmin ayrı-ayrı nahiyələrindəki sinir ucluqlarına və ya belə deyilsə, aktiv zonalarına, müəyyən proqram ardıcıllığı ilə təsir göstərməklə ciddi psixi effektlər əldə etmək mümkün olur). «25-ci kadr effekti» metodu ilə beyinə ötürülən vizual virusun səs üçün xüsusi modifikasiyasının artıq yaradıldığı isə yuxarıda qeyd olunmuşdu. Hazırda hər iki variantın təkmilləşdirilməsi, eləcə də, digər hiss kanalları ilə qəbul edilən siqnalların bu cür virus səciyyə daşıyan növlərinin axtarışı istiqamətində aktiv iş gedir.


Поделиться с друзьями:

Двойное оплодотворение у цветковых растений: Оплодотворение - это процесс слияния мужской и женской половых клеток с образованием зиготы...

Адаптации растений и животных к жизни в горах: Большое значение для жизни организмов в горах имеют степень расчленения, крутизна и экспозиционные различия склонов...

Общие условия выбора системы дренажа: Система дренажа выбирается в зависимости от характера защищаемого...

Индивидуальные очистные сооружения: К классу индивидуальных очистных сооружений относят сооружения, пропускная способность которых...



© cyberpedia.su 2017-2024 - Не является автором материалов. Исключительное право сохранено за автором текста.
Если вы не хотите, чтобы данный материал был у нас на сайте, перейдите по ссылке: Нарушение авторских прав. Мы поможем в написании вашей работы!

0.022 с.